Dünyanın ən çox qazanan yazıçıları
9.9.2011

“Forbes” jurnalı keçən il ən çox qazanan yazıçıların adını açıqlayıb. “Forbes”ə görə, 2010-cu ilin mayından 2011-ci ilin aprelinə qədərki müddətdə Ceyms Patterson 84 milyon dollar qazanmaqla siyahıda birinci yeri tutub.
Ikinci pillədə sevgi romanlarıyla tanınan ABŞ yazıçısı Daniel Stildir. O, ötən bir il ərzində əsərlərindən 35 milyon dollar qazanıb. Üçüncü yerə bir ildə 28 milyon dollar gəlirlə Stefan King layiq görülüb. Dördüncü yerin sahibi 22 milyon dollar gəlirlə Canet Yevanoviçdir. “Alaqaranlıq”ın müəllifi Stefeni Meyer isə 21 milyon dollarlıq gəlirlə siyahının beşincisidir.