Xəbər verdiyimiz kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafına Dəstək Dövlət Fondunun rəhbərliyi ilə Startap Azərbaycan komandası üzvlərinin görüşü gözlənilirdi.
Startap komandası ilə Dövlət Fondunun görüşü iyunun 3-də keçiriləcək.
Bu barədə Startap Azərbaycan Təşkilat Komitəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə milli startapların mövcud vəziyyəti və startaplara dövlət dəstəyi məsələsi müzakirə olunacaq. Həmçinin milli startapların inkişaf perspektivlikləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Görüşdə Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Fondun rəhbərliyinə daxil olan digər şəxslər və Fondun Müşahidə Şurasının üzvləri iştirak edəcək.
Xeberler.az