Uşaqlarda Villiams sindromu - ƏLAMƏTLƏRİ
2.6.2015

1960-cı illərdə uşaqlar arasında daha çox rastlanan bu sindrom 10 min doğuşdan birində görülən genetik xəstəlikdir. Sindromlu fərdlər daha çox gülərüzü və özlərinə xas istiqanlı temperamentləri ilə seçilirlər. “Xoşbəxtlik xəstəliyi” kimi də bilinən bu sindroma yanlış diaqnoz qoyulmaması üçün hansı əlamətlərinin olduğunu bilməkdə fayda var.

Villiams sindromun əlamətlərini təqdim edirik.

Bu sindromlu uşaqlar düşmə təhlükəsi ilə dünyaya gəlirlər və ilk aylarında da kökəlmə çətinliyi yaşayırlar.

Uşaqlıq çağında əsəbilik, dəcəllik davam edir.

Özlərinə xas üz cizgiləri var: geniş ağız, qalın dodaqlar, şiş gözlər, dar alın, kiçik qalxıq burun.

Ürək damar problemləri ilə yanaşı qanda kalsium miqdarında artım, böyrək toxumasında və funksiyalarında problem yaşaya bilirlər.

Əzələ və bədən skeleti ilə bağlı bəzi problemləri olur.

Dişlə bağlı tez-tez problem yaşayırlar.

Özünə qulluq bacarıqlarında, danışmada geriliklər müşahidə edilir.

Çox sosial və dostcanlıdırlar. Ətraflarındakı insanlarla tez bir zamanda ünsiyyət qurmaqda çətinlik çəkməzlər.

Musiqiyə çox maraq göstərirlər.

Bu tip uşaqlar lap kiçik yaşlardan xüsusi təhsil və fərqli müalicələrə yönləndirilməlidir. Maraqlarının olduğu və yaxşı bacardıqları sahədə işləmələrinə icazə verilməlidir.

Lent.az