Gəmi batdı, 103 nəfər öldü
1.5.2012

Hindistanın Assam ştatındakı Brahmaputra çayında batan gəmidə insanları xilas etmək üçün axtarış tədbirləri davam edir.

Dünən baş verən qəzada azı 103 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.

Ölənlərin sayının daha da artacağı gözlənilir. Verilən məlumata görə, gəmidə 300-ə yaxın adam olub. Onların arasında qadınlar və uşaqlar da var.

Bərənin aşmasına səbəb kimi isə həmin vaxtı baş verən tufan göstərilir.

ANN.Az