Amerikalı aktyor, Hollivud ulduzu Bredd Pitt 6 ildən bəri qeyri-rəsmi nikahda yaşadığı aktrisa Ancelina Coli ilə rəsmi nikaha və toya hazırlaşır.
GoMap.Az "The Sun"a istinadən bildirir ki, Pitt bu məqsədlə Fransadakı "Chateau Miraval" malikanəsində əsaslı təmirə başlayıb.
25 milyon dollara başa gələcək təmir zamanı malikanənin sadəcə, elektrik şəbəkəsi və işıqlandırma sisteminə 1,7 milyon dollar xərclənəcək.
Təmir, bərpa və rekonstruksiya işlərinə məşhur fransız memar Bruno Lafurke rəhbərlik edir.
Bred Pitt və Ancelina Colinin toyları avqustun 11-də olacaq.
Həmin gün Bredin valideynlərinin toy günüdür.
milli.az