2015-ci ildə Böyük Britaniyanın paytaxtına 18,8 milyon turist səfər edəcək.
Turistlərin dünyada ən çox səyahət etdiyi şəhərlərin siyahısına London başçılıq edir.
Bu barədə məlumatı Mastercard ödəmə sistemi tərəfindən keçirilən müvafiq tədqiqata istinadən The Independent yayıb.
Ekspertlər hesablayıblar ki, 2015-ci ildə Böyük Britaniyanın paytaxtına 18,8 milyon turist səfər edəcək. Onlar Londonda təxminən 13,3 milyard funt sterlinq (18,4 milyard avro) xərcləyəcəklər.
Turistlərin ən çox səyahət etdiyi 10 şəhər:
1. London
2. Banqkok
3. Paris
4. Dubay
5. İstanbul
6. Nyu-York
7. Sinqapur
8. Kuala-Lumpur
9. Seul
10. Honq Konq
The Independent qeyd edir ki, London son 7 ildə 5 dəfə bu siyahıya başçılıq edib.
Mütəxəssislər həmçinin müəyyən ediblər ki, ümumilikdə 2015-ci ildə dünyanın müxtəlif ölkələrinə 382,9 milyon aviauçuşlar keçiriləcək. Öz səfərlərində turistlər 327 milyard avro pul xərcləyəcəklər.
Oxu.az