Tovuzlu sənətkar köhnə, yararsız, bəyənməyib atdığımız əşyalardan əsl sənət əsərləri yaradır. Orta məktəbi tam başa çatdırmayan Tahir Həsənov 30 ildən artıqdır bu işlə məşğuldur.
Sənətkar öz söhbətində bildirib ki, hazırda dostunun sifarişi ilə dahi şair Nizami Gəncəvinin portreti üzərində işləyir.
İki övlad atası olan Tahir Həsənovun xüsusi alətlərlə hazırladığı qeyri-adi görünüşlü əşyalara maraq da böyükdür. Tovuzlu usta gələcəkdə hazırladığı əsərlərin sərgisini təşkil etmək fikrindədir.
AZƏRTAC