Azercell-dən pulsuz data nömrə və 5GB İnternet hədiyyə
4.6.2015

Azərcell şirkəti Integral şəbəkəsilə birgə yeni Samsung planşet kampaniyası-na başlayıb.

Şirkət bu dəfə 4,6 milyonluq abunəçi ailəsi üçün yeni Samsung planşet kampaniyasına başlayır.

3 iyun-3 avqust 2015-ci il tarixləri arasında, Integral şirkətilə birgə təqdim olunan bu kampaniya abunəçilərə bir sıra üstünlük qazandırır. Belə ki, kampaniya çərçivəsində müvafiq İntegral satış məntəqələrindən planşet əldə edən müştəri 5GB İnternet hədiyyə qazanacaq. Özü də 5GB İnternet heç bir şərt olmadan abunəçiyə təqdim edilir. Bundan əlavə, 5GB balansla yanaşı, Samsung planşeti alan müştərilərə pulsuz Azercell data nömrə də hədiyyə olunur. Hədiyyə olunan 5GB İnternetin istifadə müddəti 30 gündür. Qeyd edək ki, kampaniyada 35-dən çox planşet modelləri iştirak edir.

Xeberler.az