Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üzrə Bakının ümumtəhsil məzunları üçün iyunun 2-də keçirilən buraxılış imtahanının nəticələrini açıqlayıb.
Komissiyadan verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Şagirdlər həm də cavab kartlarının qrafik təsvirləri ilə tanış ola bilərlər.
Trend.az