Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının bioqrafiyası – SİYAHI
5.6.2015

İdmançının qazandığı rekordlar barəsində də məlumat verilib.

Birinci Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının bioqrafiyası Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib.

Bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş “İdmançılar” bölməsinə daxil olmaqla əldə etmək olar.

Həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq.

Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.

Məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

az.baku2015.com/athletes/index.html

Oxu.az