Xalq Tətbiqi və Xalçaçılıq Sənəti Dövlət Muzeyində Şuşa xalçaları sərgilənəcək
1.5.2012

Lətif Kərimov adına Azərbaycan Dövlət Xalq Tətbiqi və Xalçaçılıq Sənəti Dövlət Muzeyində Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək.

Muzeydən verilən məlumata görə, tədbir mayın 4-də baş tutacaq. Tədbir zamanı muzeydə Şuşa xalçaları nümayiş olunacaq, eyni zamanda “Şuşasız 20 il” mövzusunda müxtəlif çıxışlar nəzərdə tutulur.

APA