Ərzurum şəhərinin (Türkiyə) “Yakutiye” idman kompleksində yeniyetmələrin cüdo üzrə beynəlxalq turniri keçirilmişdir. Turnirdə Azərbaycan idmançıları da iştirak etmişlər.
Altı idmançımız kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Namiq Mirzəliyev (27 kiloqram), Dadaş Rəhimov (30 kiloqram), Vüsal Şamilov (38 kiloqram), Əli Ocaqzadə (42 kiloqram), Yunis Teymurlu (46 kiloqram), Rişad Xanlarzadə (60 kiloqram) qızıl medalların sahibləri olmuşlar.
AzərTAc