Ukrayna Azərbaycanın startap ekosistemində yer tutmaq istəyir
5.6.2015

İyunun 8-də Azərbaycan Texniki Universitetinin İnnovasiyalar Mərkəzində dəyirimi masa keçiriləcək.

Tədbirdə AzTU-nun prorektoru professor Mustafa Babanlı, Ukrayna Milli Texniki Universitetinin “KPİ”-nin İnformasiya Texnologiyaları İnstitutunun direktoru xanım İnna Malyukova və Ukrayna Milli Texniki Universiteti “KPİ”-nin Kiyevskaya Politexnika Texnologiyalar Parkının baş direktoru cənab Yaroslav Koloqrivin iştirakı edəcək.

Tədbirdə Azərbaycanda startap məktəblərinin fəaliyyətinin müzakirəsi və bu istiqamətdə görülən işlər, Kiyevskaya Politexnika Texnologiyalar Parkının dəstəyi ilə Azərbaycanda yerinə yetiriləcək layihələr ətrafında müzakirələr aparılacaq.

Xeberler.az