Fotoşəkil ilə kalori hesablamaq mümkün olacaq
5.6.2015

Kalori hesabıyla pəhrizdə olanlara şad xəbər.

Google üzərində çalışdığı yeni layihəni yaxın zamanlarda istifadəyə verəcək. Bununla da Android istifadəçiləri masadakı yeməyin fotoşəkilini çəkib neçə kalori olduğunu təxmin edə biləcəklər.

Qeyd edək ki, Google Im2Calories adlı layihəni bitirməyə çalışır. Şirkət bu proqram sayəsində dünyadakı bütün yeməkləri tanıyaraq kalorilərini hesablaya biləcək verilənlər bazası sistemini hazırlayır. Android istifadəçiləri restoranda oturarkən telefonla önlərindəki qabın şəklini çəkdikləri zaman təxminən neçə kalori olduğunu öyrənə biləcəklər.

Xeberler.az