Nizami Kino Mərkəzində iyunun 4-dən etibarən ABŞ-ın istehsalı olan "Casus" adlı filmin nümayişinə başlanıb.
Rejissor və ssenari müəllifi Pol Fiqin çəkdiyi "Casus" filmi döyüş və komediya janrındadır. Yaş məhdudiyyəti: 16+
Baş qəhrəman Syuzi Kuper məxfi araşdırma agenti olmağı arzulayır və bu amalla ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində işə düzəlir. Amma uzun müddət işləməyinə baxmayaraq karyera irəliləyişi olmur. Sonunda, xəyalından əl çəkməyən Syuzanın üzünə tale gülür. Nüvə bombasının yerini öyrənmək tapşırığını almış, yaxşı hesabda olan agentlərdən biri işi batırır. Syuzan bu əməliyyatın öhdəsindən gələcəkmi?
Filmdə rolları Mellisa MakKarti, Cud Lou, Raad Ravi, Cessika Çaffin, Miranda Hart, Sem Riçardson, Keti Dippold, Romeyn Apelbaum, Rouz Birn, Riçard Breyk və digər aktyorlar canlandırıblar.
Əziz kinosevərlər, film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür: (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Milli.az