Gələn il Azərbaycanda Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə hərbçilər arasında futbol üzrə ilk Dünya Çempionatı keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Dünya Çempionatının hansı ayda keçiriləcəyi barədə məlumat verilməyib.
Məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə 2004-cü ildən indiyədək Azərbaycanda CISM-in biri konfrans, 3-ü dünya çempionatı olmaqla 4 tədbiri təşkil olunub. CIZM xətti ilə keçirilən dünya və Avropa çempionatlarında Azərbaycan hərbiçiləri 67 medal qazanıb.
APA