Bakıda “Sabun köpükləri” festivalı keçirildi – VİDEO
9.6.2015

Şəhərin üzərində minlərlə sabun köpüyü havalandı.

2015-ci ilin iyun ayının 7-də Bakıda “Sabun köpükləri” festivalı keçirilib.

İştirakçılar saat 18:45-də “Torqovı” küçəsində Natavanın heykəli yaxınlığında yığışaraq saat 19:00 olmağını gözləyirdilər.

19:00-da hamı eyni vaxtda çanta və ciblərindən lazımi əşyaları çıxararaq sabun köpüklərini havaya uçurmağa başladılar.

19:15-də Fəvvarələr meydanına doğru yürüşə başladılar. Yarım saat ərzində sinxron olaraq sabun köpükləri havaya uçuruldu. Səma rəngarəng köpüklərlə doldu.

19:45-də iştirakçılar Gənc Tamaşaçılar Teatrına tərəf yollandılar. Festival GTT-nın yanında başa çatdı.

“Sabun köpükləri” festivalını FLASHMOB Azerbaijan təşkil edib.

Fleşmob “Qoy Bakının adi günü göy qurşağı ilə parlasın!” adlanırdı.
video

Oxu.az