Bakıda “Kofe rəngi” adlı sərgi açılacaq
10.6.2015

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 19-da Bakıdakı Muzey Mərkəzində “Kofe rəngi” adlı sərgi açılacaq.

Bu barədə Muzey Mərkəzindən məlumat verilib.

Dünyada sudan sonra ən çox istifadə edilən içkilərdən biri də kofedir. Hər bir insanın bu dadlı içkiyə münasibəti fərqlidir. Elə bu səbəbdən də sərgidə tanınmış və gənc rəssamların kofeyə münasibətlərini əks etdirən əsərləri nümayiş olunacaq.

Sərgi iyunun 20-dək davam edəcək.

Publika.az