Azərbaycanda qeyri-adi hadisə - VİDEO
2.5.2012

Bərdənin Samux kənd sakini Vaqif Kərimovun təsərrüfatındakı qoyunlardan birinin dünyaya gətirdiyi quzu çoxlarını şoka salıb. Quzunun bel hissəsində ərəbcə öz əksini tapan "Allah" kəlməsini aydın oxumaq mümkündür.

Sahibi bildirir ki, belində "Allah" kəlməsi yazılan quzu digər balalar kimi anasının südü ilə qidalanır. Onun digər quzulardan yeganə fərqi kürəyində "Allah" kəliməsinin yazılmasıdır.

Yevlax cümə məscidinin axundu Hacı Namiq belə bir möcüzə ilə regionda birinci dəfədir ki, rastlaşdığını bildirir. Axund, belində "Allah" kəlməsi yazılan quzunun doğuluşunu əlamətdar hadisə kimi dəyərləndirir.

VİDEO

Milli.Az