“Bakı Metropoliteni” QSC birinci Avropa Oyunları ilə bağlı ölkəmizə təşrif buyuracaq turistlər üçün vaqonlarda daha bir yenilik edib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, vaqonlarda səsləndirilən anonslar artıq bu gündən həm də ingilis dilində səsləndiriləcək.
Vaqonlarda anonsların həm də ingilis dilində səsləndirilməsi Avropa Oyunları müddətində nəzərdə tutulub.
Oxu.az