"Bakı 2015" Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə gələn idmançılar üçün daha bir pulsuz jest edilib.
Məlum olduğu kimi, istənilən yarışlara qatılan iştirakçıların idman qurğularında hazırlıq prosesi keçmələrinə müəyyən ödənişlər edilir.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat katibi Elşən Məmmədov bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Mingəçevirdə avarçəkmə yarışlarına qatılan idmançılar isə bazanın bütün imkanlarından pulsuz faydalanacaqlar və yarışlar başlanana qədər orada pulsuz məşq edəcəklər.
Xatırladaq ki, Avropa Oyunları çərçivəsində avarçəkmə yarışları iyunun 14-də başlanacaq. Ölkəmiz bu idman növündə 7 idmançı ilə təmsil olunacaq.
Milli.az