Ən nüfuzlu mahnı müsabiqəsi artıq AzTV-də
16.6.2015

Müsabiqə dünyanın 50-dən çox ölkəsinin telekanallarında yayımlanır.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti dünya teleməkanında ən nüfuzlu mahnı müsabiqəsi sayılan “The Voice of” (“Səs”) layihəsinə start verib.

QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Niderlandın “Talpa” İnternational B.V. şirkətinə məxsus “The Voice of” (“Səs”) layihəsinin lisenziyası Azərbaycan Televiziyasına verilib.

AzTV-nın bu musiqi müsabiqəsini payizda – yeni televiziya mövsümündə tamaşaçılara təqdim etməsı gözlənilir.

Qeyd edək ki, bu müsabiqə dünyanın 50-dən çox ölkəsinin nüfuzlu telekanallarında yayımlanır.

Oxu.az