Bakı 2015: Boks yarışları başladı
17.6.2015

Bakı Kristal Zalında kişilər arasında boks yarışları başlandı.

69 kq-da P.Bağırov və 75 kq-da X.Musalov yarışlara 1/8 final mərhələsindən başlayacaqlar.

64 kq çəki dərəcəsində 1/16 finalda iyunun 18-də Kollazo Sotomayor Sloveniya təmsilçisi Edin Seydinoviçlə qarşılaşacaq.

81 kq-da Teymur Məmmədov 1/16 finalda iyunun 18-də Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə rinqə çıxacaq.

56 kq-da Tayfur Əliyev iyunun 19-da 15:00-da 1/8 finalda rumıniyalı Nikolae Andreyana ilə döyüşəcək.

Oxu.az