“Eurovision”un təşkilatı məsələlər üzrə rəhbəri Sietse Bakker: ““Baku Crystal Hall» həqiqətən də möhtəşəmdir”
3.5.2012

“Dənizdən çəkilən «Baku Crystal Hall» həqiqətən də möhtəşəmdir!”, bu fikirləri “Eurovision” mahnı müsabiqəsinin təşkilatı məsələlər üzrə rəhbəri (event supervisor) Sietse Bakker “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. Hazırda Bakıda olan təşkilati məsələlər üzrə rəhbər “Eurovision-2012”nin keçiriləcəyi “Baku Crystal Hall”ın Xəzər dənizindən fotosunu yerləşdirərək fikirlərini bu cümlə ilə ifadə edib.

S. Bakker ərazidə sökülən evlərlə bağlı sualları isə belə cavablandırıb: “Buradan hamıya deyirəm ki, bu ərazidə bir bina belə “Baku Crystal Hall”ın tikintisi səbəbilə sökülməyib. İnsanlar 2009-cu ildən bilirdilər ki, Bakıda dairəvi yolunun keçəcəyi ərazidə yaşayırlar”.

Sözügedən fotonun aşağısından isə çoxsaylı xarici vətəndaşlar «Baku Crystal Hall»ın görünüşünün möhtəşəm olduğunu bildirərək, Azərbaycana bu hazırlığa görə təşəkkür bildiriblər.

APA