Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd olunur
17.6.2015

Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyev və tibb işçiləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət olunub.

Daha sonra Şəhidlər Xiyabanına gələn tibb işçiləri Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

APA