ABŞ-ın Kaliforniya ştatında maraqlı hadisə yaşanıb. Polis tərəfindən saxlanılaraq kameraya salınmış tələbəni orada unudublar. Polislərin səhlənkarlığı üzündən kamerada məhbusun olduğu hər kəsin yadından çıxıb və tələbə orada 5 sutka ac-susuz qalıb. Nəticədə Deniel Çonq adlı tələbə düz 7 kiloqram arıqlayıb.
Çonq narkotik alveri edən şəxslərə qarşı keçirilən əməliyyat zamanı saxlanılıb.
Milli.Az