“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq
18.6.2015

Görkəmli dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (ADAMDT) mətbuat xidmətindən bildiriblər ki, ADAMDT və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrının birgə layihəsi olan “Şeyx Sənan” faciəsi hər iki teatrda Azərbaycan və gürcü dillərində tamaşaya qoyulacaq. Əvvəlcə Bakıda, sonra isə Tbilisidə nümayiş olunacaq tamaşanın birinci hissəsi Azərbaycan dilində, ikinci hissəsi isə gürcü dilində təqdim ediləcək.

“Şeyx Sənan” faciəsi gürcü dilinə tərcümə edilib və əsərin gürcü dilində olan nüsxəsi Gürcüstandan Azərbaycana göndərilib.

AZƏRTAC