Nizami Kino Mərkəzində iki yeni filmin nümayişi başlanıb.
İyunun 18-dən etibarən Nizami Kino Mərkəzində Amerika və Kanada istehsalı olan 3 d formatında çəkilmiş "Poltergeyst " və Rusiyanın "Barmen" filmlərinin nümayişi başlanıb.
Rejissor Qil Kinanın, Stiven Spilberq və Devid Lindsi-Ebeyrin ssenariləri əsasında dəhşət və triller janrında çəkdiyi "Poltergeyst " filmi qara qüvvələrin kiçik qızlarını qaçırdıqları bir ailədən bəhs edir. Qızı xilas etmək üçün ailə birləşir...
Filmin sloqanı: "Onlar səni, nəyin qorxutduğunu bilirlər" Yaş məhdudiyyəti: 16+
Filmdə rollara Sem Rokuell, Rozmari DeUitt, Sakson Şarbino, Kayl Ketlett, Kennedi Klements, Cared Xarris, Ceyn Adams, Syuzen Xeyard, Nikolas Braun, Karen İvani və başqa aktyorlar çəkiliblər.
Həmçinin həmin gündən etibarən rejissor Dina Şturmanovanın Denis Kaymakovun ssenarisi əsasında, komediya janrında çəkdiyi "Barmen" filminin nümayişi başlanıb.
Baş qəhrəman Vadik darıxdırıcı həyatını dəyişmək istəyir. Lakin uğursuzluq qorxusu və özünə inamsızlığı məqsədinə çatmağa imkan vermir. Hər şey təsadüfən girdiyi barda sirli barmenin düzəltdiyi kokteyli içəndən sonra dəyişir. Artıq o, mister Xarizmadır və bütün dünya ayaqları altındadır. Hətta gözəlçə Yuliya ona diqqət yetirir. Hər yeni kokteyl -yeni istedad gətirir. Bu gün Vadik -intellektualdır, sabah rəqs meydançasının kralı. Amma bu içkilərin pis cəhəti var: təsirini tez itirir və əks göstəricisi xoşagəlməzdir...
Filmin yaş həddi: 16+
Rollara aktyorlar Vitaliy Qoqunskiy, İvan Oxlobıstin, Yuliya Parşuta, Yuriy Stoyanov, Janna Epple, Konstantin Kryukov, Anton Boqdanov, Olqa Buzova, Evgeniya Yaruşnikova, Konstantin Fedorov və başqaları çəkilib.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Milli.az