Türkiyənin Muş bölgəsində yaşayan Nizaməddin Tuncərin bağçasındakı toyuq hinində saxladığı Haqqı adlı xoruz yumurtlayıb. Yeşilyurt məhəlləsindəki "Şehit Ömer Büyüktapu" küçəsində yaşayan Nizaməddin Tuncərin dediyinə görə, xoruzunun hində yaman səs-küy saldığını eşidincə o, bağçaya yollanıb.
"Səhər saatlarında işə getməyə hazırlaşırdım. Hindəki səs-küyü, xoruzun qaqqıltısını eşidib bağçaya getdim. Hinə girəndə Haqqının bir küncdə oturduğunu gördüm. Altında da kiçik yumurta vardı. Dostlarımdan soruşdum ki, əcəba, belə möcüzə ola bilərmi?! Çox təccüblənmişəm, çaşmışam. İlk dəfədir belə hadisə ilə qarşılaşıram. Haqqının altındakı yumurta başqa yumurtalardan balaca, göyərçin yumurtası boyda idi. Bəzi qonşularım inanmırlar, amma mən xoruzun yumurtladığına şübhə etmirəm", - Tuncər deyib.
Baytar həyim Əli Tunxər isə AA-ya verdiyi açıqlamasında bildirib ki, xoruzun yumurtladığını ilk dəfə görür.
"Heyrətamiz məsələdir. Çox yəqin ki, xoruzda fizioloji pozuntu var. Xoruzun erkək və dişi funksiyalara malik olduğunu düşünürəm. Çünki onun yumurtasını qıranda içərisində sarı yox idi", baytar söyləyib.
Milli.Az