Umid.az xeyriyyə fondu Sizi 18 sentyabr 20:00-da xeyriyyə gecəsinə dəvət edir. Gecədən əldə edilən bütün vəsait Belarusiyanın klinikalarından birinə 2008-ci il təvəllüdlü Sidorov Aleksandr Vadimoviçin müalicəsinə sərf ediləcək. O, kəskin limfoblast Leykoz L1 xəstəliyindən əziyyət çəkir. Əyləncə gecəsi hamımızın sevimlisi, bu xəstəliklə mübarizə aparan və həmişəlik ürəklərimizdə qalan Alişka Saqiyə həsr olunub. Bakının ən yaxşı Dj və musiqiçiləri ELEVEN Restaurant & Lounge-a yığışacaq! Hər kəs sadəcə gözəl musiqi dinləməyə gələrək kömək edə bilər.
Biletin qiyməti: 20 AZN
Biletləri bu nömrələrdən əldə edin: (+994 50) 215 81 84, (+994 70) 674 09 74, (+994 55) 374 78 78.