Bakı və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşama doğru isə havanın tədricən tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Gündüz əsən mülayim şimal küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 11-14, gündüz 21-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 4-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 4-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, 4-ü axşamdan gözlənilən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
APA