Obama Ağ evdə iftar süfrəsi verdi
23.6.2015

“Bu, mənəvi yenilənmə dövrüdür”.

Bazar ertəsi ABŞ prezidenti Barak Obama müqəddəs Ramazan ayının şərəfinə iftar süfrəsi verib.

Prezident qeyd edib:

“Bu bayram süfrəsi bizə amerikalıları bağlayan azadlıqları, o cümlədən də dini azadlığı xatırladır, bunun sayəsində biz dinimizi azad tətbiq edə bilirik”.

Çarlstonda kilsədə atışmanı və Çeypl Hillsdə üç amerikalı müsəlmanın həlak olmasını xatırladan Obama deyib:

“Biz amerikalılar düşünürük ki, insanı dini etiqadlarına, xarici görünüşünə, maraqlarına görə həyatından etmək olmaz”.

Prezident Klintonun dövründən bəri keçirilən ənənəvi iftarda Konqress üzvləri də olmaq şərtilə 150 qonaq iştirak edib.

Müsəlmanların mülahizəsinə görə keçən həftə başlayan və bir ay sürəcək Ramazan Quranın Məhəmməd peyğəmbərə nazil olunduğu dövrlə üst-üstə düşür.

“Bu, mənəvi yenilənmə və bir-birimizə xidmət etməli, ehtiyacı olana yardım etməli olduğumuzu xatırladan dövrdür”, - Obama sözünü yekunlaşdırıb.

Oxu.az