Bakı “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalına ev sahibliyi edəcək
23.6.2015

Noyabrın 15-dən 20-dək paytaxtımızda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNIMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə “Cırtdan” III Bakı Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.

Festivalda iştirak üçün iyulun 1-dək müraciət etmək olar.

Festival “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq keçirilir.


AZƏRTAC