Türkiyə birinci yerdədir.
2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan Gürcüstanın ikinci əsas xarici ticarət tərəfdaşı olub.
Gürcüstan Milli Statistika Komitəsinin məlumatına görə, xarici ticarətdə birinciliyi 611 milyon dollarla Türkiyə, ikinciliyi 360 milyon dollarla Azərbaycan, 3-cü yeri isə 304 milyon dollarla Çin Xalq Respublikası tutub.
Gürcüstan beş ayda Azərbaycana ixracı azaldıb:
Belə ki, komitənin məlumatına görə, ümumilikdə beş ayda Azərbaycana 116 milyon 710.4 min dollar dəyərində məhsul ixrac olunub, ümumi ixracda payı isə 13.2% təşkil edib. 2014-cü ilin anloji dövründə isə bu rəqəm 240 milyon 422,5 min dollar olub. Azalma 123 milyon 712,1 min dollar və ya 51%.
Azərbaycandan idxalda da azalma müşahidə olunur:
Azərbaycandan isə bu ölkəyə 2015-ci ilin beş ayında 243 milyon 647.2 min dollar məhsul ixrac olunub ki, bunun Gürcüstanın ümumi idxalında payı 8%-dir. 2014-cü ilin analoji dövründə isə bu göstərici 257 milyon 706,2 min dollar olub. Azalma 5,5%.
Oxu.az