“Google Play Music”də reklamı olan pulsuz radiolar yaradılır
25.6.2015

“Google” korporasiyası istifadəçilərinə özünün ödənişli “Play Music” xidmətində reklamlı musiqi dinləmək üçün bölmə yaradacağına söz verib.

Burada səslənən musiqi internet radio tipində olacaq.

Musiqisevərlər heç bir ödəniş etmədən musiqi siyahılarını, janrlar, ifaçı, musiqi və ya əhval-ruhiyyəyə uyğun radio stansiyaları dinləyə biləcəklər.

“Play Music”dəki radiostansiyaların playlistləri “Songza” texnologiyasının köməyi ilə formalaşdırılacaq.

Lent.az