ExpressPay ödəniş terminallarında Besmart.az üzrə ödəmələr əlavə olunub
25.6.2015

ExpressPay ödəniş terminallarına www.besmart.az üzrə ödəmələr əlavə olunub.

Artıq endirim kuponları almaq istəyən müştərilər ödənişlərini ExpressPay terminalları vasitəsilə həyata keçirə bilər. Bunun üçün terminalın “Digər ödənişlər” bölməsinə daxil olmaq zəruridir.

Hazırda ödəniş terminallarında banka aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal/rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

ExpressPay ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb. Müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə mesaj yaza bilərlər.

Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.

AZƏRTAC