Günün qoroskopu
3.5.2012

Qoç - Darıxdırıcı, boz gündür. Şücaət göstərmək, macəralara qoşulmaq, heç olmasa şəraiti dəyişmək arzusundasınız. Amma heyhat: olduğunuz yerdə qalmalı, gördüyünüz işi davam etdirməli və həyatınızda heç nəyin baş vermədiyini düşünməklə vaxt keçirməli olacaqsınız.
Çox hissiyyatlı Qoçlar bu duruma həddən artıq kəskin reaksiya verirlər: səs-küy salır, ətrafdakılarla mübahisə edir, ailə üzvləri və rəhbərliklə münasibətləri aydınlaşdırırlar. Münaqişədən qaçmağa yalnız sizin cazibədarlığınız kömək edir.

Buğa - Uğurlu gündür. Xoş sürprizlər gözləyin. Bəxtinizə inanın: məhz onun sayəsində bir sıra çətin vəziyyətdən asanlıqla çıxa biləcəksiniz. Həmkarlarınızla münasibətləriniz düzəlir, rəhbərliyin və yaxud başqa nüfuzlu bir şəxsin dəstəyini alacaqsınız.
Şəxsi həyatınızda bəzi problemləri aradan qaldıra bilərsiniz. Məsələn, qırıldığı üçün peşmanlıq çəkdiyiniz əlaqələri bərpa edə bilərsiniz. Təşəbbüs göstərməkdən çəkinməyin.

Əkizlər - Əcnəbi vətəndaşlarla qəti surətdə ünsiyyət qurmayın, məsləhət deyil. Əgər başqa bir dövlətin vətəndaşı ilə hər hansı bir görüş (işgüzar və ya romantik) təyin etmişdinizsə, onu başqa günə keçirin. Bu gün birja əməliyyatları aparmaq, valyuta dəyişmək, xaricilərin mağazalarında alış-veriş etmək məsləhət deyil.
Başqa sahələrdə isə işləriniz rast gətirəcək. Qarşınıza qoyulan məsələləri asanlıqla həll edirsiniz. Enerjiniz çoxdur, yorulmaq nədir bilmirsiniz.

Xərçəng - Səhəri qəfil və xoşagəlməz xəbərlə aça bilərsiniz. Panikaya düşməyin, buna sakitliklə yanaşmağa çalışın. Təmkinli olsanız, situasiyanı düzəltmək şansınız olacaq. Parlaq, bər-bəzəkli geyimə (iş kostyumu istisnadır), kosmetika, ətriyyat və zərgərlik əşyalarına pul xərcləməyin.
Ciddi olmağa çalışın - həm şəxsi həyatınızda, həm işdə, həm də yaradıcılıqda. Müxtəlif hesablamalar aparmaq üçün uğurlu gündür. Hətta tək sevdikləri üçün deyil, maddi maraq naminə bu gün nikaha girənlər üçün də uğurlu olacaq.

Şir - Bu günü xırda-para cari işləri görməyə həsr edin. İri layihələri isə sonraya saxlayın. Günün ortasında gəzintiyə çıxmağa çalışın. Bu, həm nəfəs dərməyinizə, həm də maraqlı tanışlıqlar qurmağınıza kömək olar.
İşgüzar əlaqələrin qurulması baxımından uğurlu gündür. Kimisə maraqlandırmaq, diqqətini cəlb etmək üçün əziyyət çəkməli olmayacaqsınız. Əgər bu gün aşiq olsanız, sevginiz uzunmüddətli və ciddi olacaq.

Qız - Mürəkkəb danışıqların aparılması üçün münqasib gündür. Özünüzə tərəfdaş kimi görmək istədiyiniz rəqibiniz varsa, bu gün onunla mütləq söhbət etməyə çalışın. Bu şansdan şəxsi məqsədləriniz üçün də istifadə edə bilərsiniz: xoşunuza gələn biri çox əlçatmazdır? Bu gün onu görüşə çağırın.
Pul kisənizə diqqət yetirin. Rastınıza çıxan əşyaları gözəlliyinə aldanıb almayın, çox tezliklə onlar əhəmiyyətini itirəcək. Günün ikinci yarısı səhhətiniz pisləşə bilər.

Tərəzi - Əgər tənbəllik etməsəniz, bu gün bir çox nailiyyətlər əldə edə bilərsiniz. Əlinizə düşən hər bir imkandan maksimum yararlanmağa çalışın. Üstəlik, bunu hamıdan qabaq, hətta onların görməsinə imkan vermədən edin. Şan-şöhrət həvəskarı olan Tərəzilər isə dirsəklərini işə salmalı olacaqlar.
Taleyüklü görüş gözlənilir. Bu gün həyatınızda vacib rol oynaya biləcək bir insanla rastlaşa bilərsiniz. Ancaq fikirləşməyin ki, qarşılıqlı maraq anidən yaranacaq, yeni tanışınızın rəğbətini qazanmaq üçün xeyli zəhmət çəkməli olacaqsınız.

Əqrəb - Pis gün deyil. Əgər hər hansı çətinlik yaranırsa, günahkarı kənarda axtarmayın, o, özünüzsünüz. Hamıya inanmayın: bu gün sizdən istifadə etmək istəyənlərin sayı çoxdur. İşgüzar danışıqlar aparmaq, iş yerini dəyişmək barədə məsələləri müzakirə etmək məsləhət deyil. Amma rəhbərliklə pul barədə (məsələn, maaşın artırılması) danışmaq olar. Ancaq çox nəzakətli olun.
Günün ikinci yarısı səhhətiniz pisləşə bilər. Yaxşı olar ki, evdən heç yana çıxmayasınız. Ziyafətlərə qatılmasanız, daha yaxşı olar, çünki əylənmək əvəzinə yorulacaqsınız.

Oxatan - Həyatınızda ciddi dəyişikliklər edə bilərsiniz. Ancaq fəaliyyətə keçməzdən öncə fikirləşin: bu dəyişikliklər sizə doğrudan da lazımdırmı? Siz faktlardan daha çox fantaziyanıza güvənirsiniz. Gücünüz barədə təsəvvürünüz yanlışdır, bu isə sizə problemlər yarada bilər.
Riskdən qaçın, özünüzə macəra axtarmayın. Hər bir işdə diqqətli və ehtiyatlı olun. Hətta evdə də ən adi bir işlə məşğulsunuzsa, təhlükəsizlik qaydalarını unutmayın.

Oğlaq - Uğursuz gündür. Mənfi tendensiyalarla uzun və yorucu mübarizə aparmalı olacaqsınız. Niyə təslim olmursunuz? Yəqin ki, tərsliyinizdən. Demək lazımdır ki, çox inadcıl Oğlaqların bu gün nəyəsə nail olmaq şansları var. Amma həddən artıq əziyyət çəkmək lazım gələcək.
Yaxınlarınızın dəstəyinə ehtiyacınız var. Amma bu yaxınlarda istəmədən onları incitdiyiniz halları yadınıza salaraq bu fikrinizdən vaz keçməli olursunuz. Tez-tez tənqid eşidəcəyinizə hazır olun. Kefinizi pozmayın.

Dolça - Çox uğurlu bir gündür. Əziyyət çəkmədən bir sıra mürəkkəb işin öhdəsindən gələcəksiniz. Üstəlik, sizə kömək etmək istəyənlərin sayı çoxdur. Bircə sözünüz kifayət edər. İri məbləğdə pul ala bilərsiniz.
Günün ikinci yarısını planlaşdırılmamış səfərlərdə keçirə bilərsiniz. Yeni tanışlıqlar, eşq macərası mümkündür. Aşiq Dolçalar öz yarları ilə gözəl bir gün keçirəcəklər.

Balıqlar - Yaradıcı potensialınız çox böyükdür. Dahiyanə nə isə fikirləşib tapmalısınızsa, diqqətinizi cəmləmək kifayət edəcək, ilhamınız sizi çox gözlətməyəcək. Bu gün Balıqların əli dəyən hər bir iş göz oxşayacaq.
Şəhər kənarında istirahət üçün əla gündür. Dostlarınıza birgə istirahət təklif edin, çox güman ki, razılaşacaqlar. Romantik görüşlər əla keçəcək: şəxsi həyatınızda təşəbbüs göstərin. İri məbləğdə pul, qiymətli hədiyyələr ala bilərsiniz.

Milli.Az