WhatsApp-dan yenilik
25.6.2015

2014-cü ildə Facebook tərəfindən satın alınan məşhur mesajlaşma proqramı olan WhatsApp-a daha bir yenilik gəlir.

iPhone və Android cihazlar üçün istifadəyə təqdim edilən səsli zəng etmə xüsusiyyəti artıq Nokia markalı telefonlarda istifadə edilən Windows Phone əməliyyat sisteminə də inteqrasiya edilib.

Yeni funksiyanı Windows Phone cihazınızda istifadə edə bilmək üçün əməliyyat sisteminizi 2.12.60 distributiviylə yeniləməyiniz kafi olacaq. Bu prosesdən sonra mobil proqram avtomatik olaraq yeni versiyaya sahib olacaq.

Yeni funksiyanı ilk olaraq Android telefonlarda istifadəyə təqdim edən şirkət Skype və Viber kimi tətbiqləri bu mövzuda geridə buraxmağı hədəfləyir.

Xeberler.az