Dünyanın ən gözəl xanımları - REYTİNQ
3.5.2012

Əslən Kiprdən olan britaniyalı müğənni Tulisa Kontosavlos dünyanın ən gözəl xanımı seçilib. GoMap.Az TMZ-yə istinadən bildirir ki, "The X Factor" müsabiqəsinin münsiflər heyətinin üzvünü bu ada FHM jurnalı layiq bilib.

23 yaşlı müğənni jurnalın oxucuları arasında keçirilmiş sorğuda qalib gəlib.

"Mənə səs verdikləri üçün hər kəsə təşəkkür edirəm. Bu ad mənim üçün qürur və şərəf mənbəyidir", - Tulisa deyib.

Britaniya kraliçasının gəlini, Kembric hersoginyası Keyt Middlton reytinqdə 32-ci, onun bacısı Pippa isə 11-ci olub.
Reytinqin ilk onluğu belədir:

1.Tulisa Kontosavlos
2. Şeril Koul
3. Rianna
4. Rosi Couns
5. Corciya Salpa
6. Keti Perri
7. Meqan Foks
8. Kili Hezel
9. Mila Kunis
10. Emili Atak

Milli.Az