Dünyanın ən məşhur əyləncə mərkəzlərindən birində Selfie çubuğu təhlükəsizlik səbəbiylə qadağan edilib.
Dünyaca məşhur olan Disneyland əyləncə mərkəzi təhlükəsizliyini təmin etmək üçün selfie çubuqları ilə məkana girişə qadağa qoyub.
Qeyd edək ki, bu qadağa iyunun 30-dan etibarən tətbiq ediləcək. İyulun 1-dən isə Hong Kong və Parisdəki parklara da bu qadağa aid ediləcək.
Səlayihhətlilərin verdiyi açıqlamaya görə, daha əvvəl edilən şifahi xəbərdarlıqlar nəticə vermədiyi üçün bu vasitədən istifadə ediblər.
Xeberler.az