Sabah Azərbaycan ərazisində 42 dərəcə isti olacaq
29.6.2015

İyunun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 32-37 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-38 dərəcə isti olacaq.

APA