Bakıda sərbəst güləş üzrə böyüklər arasında dünya Kuboku yarışları keçiriləcəkdir
4.5.2012

Mayın 12-13-də Bakıda sərbəst güləş üzrə böyüklər arasında dünya Kuboku yarışları keçiriləcəkdir.
Azərbaycan Güləş Federasiyasından bildirilmişdir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcəklər.
Yarışın proqramına əsasən, mayın 11-də püşkatma mərasimi keçiriləcəkdir. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaqlar. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə üçüncü yer uğrunda görüşəcəklər.

AzərTAc