90 dildə tərcümə xidməti göstərən Google Translate xidməti yenilənib.
Google Translate artıq gündəlik danışıqda istifadə etdiyimiz sözləri də tərcümə edəcək.
Google-un məlumatında qeyd edilir ki, gündəlik 100 milyarddan çox söz tərcümə edilir və istifadəçilərin köməyi ilə Google Translate sistemini inkişaf etdirə bilib.
Artıq Google Translate xidməti istənilən istənilən bir cümləni rəsmi və ədəbi formadan çox, hər gün istifadə olunan və danışıq dilinə uyğun formada tərcümə edəcək.
Xeberler.az