Xəbər verdiyimiz kimi bu yaxınlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafına Dəstək Dövlət Fondunun rəhbərliyi ilə Startap Azərbaycan komandası üzvlərinin görüşü keçirilib.
Görüşdə ölkədə startap ekosisteminin mövcud vəziyyəti və startaplara dövlət dəstəyi məsələsi müzakirə olunub.
Yekunda isə bu təkliflərin sistemləşdirilməsi və hökumətə təqdim edilməsi qərara alınıb.
Bir müddət əvvəl Startap Azərbaycan Təşkilat Komitəsindən bildirilib ki, təkliflərin yekun variantı üzərində işlər başa çatmaq üzrədir.
Məlumata görə, görüşdə səsləndirilən təkliflərin Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə daha geniş tərkibdə müzakirə edilməsi məqsədəuyğun hesab edilib.
Dövlət Fondundan Xeberler.az-a verilən məlumatına görə, bu məqsədlə iyulun 3-də Startap Azərbaycan komandası nazir Əli Abbasovla görüşəcək.
Görüşdə startap ekosisteminin inkişafı və startaplara dövlət dəstəyi ilə bağlı hazırlanan təkliflər müzakirə olunacaq.
Xeberler.az