İlham Əliyev zabitlərə general rütbəsi verdi
1.7.2015

Dövlət başçısı sərəncam imzaladı.

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilib.

polis general-leytenantı ali xüsusi rütbəsi:

polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə

polis general-mayoru ali xüsusi rütbəsi:

polis polkovniki Seyfulla Səttar oğlu Əzimova

polis polkovniki Əkbər Arif oğlu Yusifova.

Oxu.az