“Nabat” Almaniyaya gedir
2.7.2015

Rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi iyulun 29-dan avqustun 9-dək Almaniyada keçiriləcək “Five lakes” Beynəlxalq film festivalında nümayiş olunacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, azərbaycanlı rejissorun filmi festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, bu “Nabat” filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq Beynəlxalq film festivalının əsas müsabiqə proqramında təqdim olunub və festivalın üç nüfuzlu mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Hərbi-vətənpərvərlik mövzusunda olan ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.

Publika.az