İrina Zaqovorçevanın sərgisinin açılışı olacaq
9.9.2011

15 sentyabr 16:00-da Rusiya informasiya və mədəniyyət mərkəzində rusiyalı rəssam İrina Zaqovorçevanın sərgisinin açılışı olacaq. Sərgi "Odlar diyarının Mirvarisi" adlanır. Sərgidə 20 qrafiki iş və 20 fotoşəkil təqdim olunacaq. Rəssamın əsərlərində Bakıya olan məhəbbət hiss olunur.