Mançesterdə taekvondo üzrə Avropa çempionatına start verilib. Yarışa 14 idmançı ilə qatılan Azərbaycan millisi stardaca artıq bir medal qazanıb.
İlk görüşdə danimarkalı idmançını (13:2), ardından belaruslu rəqibini üstələyib (5:0) bürünc medalı təmin edən Mikayıl Əliyev (54 kq) yarımfinalda ingiltərəli taekvondoçuya 15:9 hesabı ilə qalib gəlib. Final görüşündə isə həmyerlimiz rusiyalı Seyfulla Maqomedova uduzub.
Digər taekvondoçularımıza gəlincə, son saniyələrində qələbəni əldən verən Səbinə Mikayılova (62 kq) ilə Xəyalə Quliyeva (46 kq) mübarizəni bürünc medalın bir addımlığında dayandırıblar. İlk gün döyüşən 4 taekvondoçumuzdan Aydın Bəhməlovun (+87 kq) tanınmış idmançı Bəhri Tanrıqulu (Türkiyə) ilə çıxışı uğursuz alınıb.
APA