Qoç - Uğurlu gündür. Bir az diribaşlıq etsəniz, günortayadək hansısa nailiyyətlər qazana, kiminsə qəlbini fəth edə bilərsiniz. Əldə etdiyinizlə kifayətlənməyin: qarşınıza nə qədər yüksək məqsədlər qoyursunuzsa, zəhmətinizin bəhrəsi bir o qədər sanballı olur.
Maraqlı və sərfəli iş təklifləri ala bilərsiniz. Tamamilə yeni bir sahədə qüvvənizi sınaya bilərsiniz: tez öyrənir, vacib məlumatı anında «həzm» edirsiniz. Yalqız Qoçlar romantik qələbələrə köklənsinlər, hər şey alınacaq.
Buğa - Neytral gündür. İstənilən işgüzar danışıq əla keçir. Öz dediyinizin üstündə qətiyyətlə dayanırsınız, amma nəzakətli olduğunuzdan kimsənin sizə etiraz etməyə cürəti çatmır. Planlaşdırılmamış görüşlər mümkündür, bunlar həm işgüzar, həm şəxsi həyatınızda vacib rol oynayacaq.
Uşaqlarla və ailənin kiçik yaşlı üzvləri ilə ünsiyyət xoş olacaq, onlarla asanlıqla dil tapırsınız. Bu gün hədiyyələr ala bilərsiniz, seçiminiz çox uğurlu olacaq. Kimi sevindirmək istəyirsiniz? Bir az fikirləşin, sonra isə haydı mağazalara!
Əkizlər - Uğura və bəxtinizə güvənməyin. Xoşagəlməz hadisələr isə bu gün sizə «qonaq olmaq» fikrindədir. Dözümlü olun. Həmkarlarla, rəhbərliklə fikir ayrılıqları mümkündür. İşdə münaqişələr bu gün çox tez-tez baş qaldırır.
Uzaq səfərlərə çıxmaq məsləhət deyil. Ümumiyyətlə, nə qədər evə yaxın olsanız, bir o qədər yaxşıdır. Yeni tanışlarınızla diqqətli olun. Kimsəyə borc verməyin, şübhəli işlərə qarışmayın.
Xərçəng - Bu gün sizi çətin sınaqlar gözləyir. İstirahət edib nəfəs dərmək arzusundasınız, amma bir dəqiqə də olsun boş vaxt tapa bilmirsiniz. Özünüzün, başqalarının, bütün dünyanın problemlərini çözürsünüz, amma bunlar geridə qalınca heç bir sevinc hiss etmirsiniz.
Bir çox Xərçənglər öz güclərini düzgün hesablamırlar. Bəziləri fikirləşirlər ki, dağı dağ üstünə qoya bilərlər, digərləri isə əl-qollarını yanlarına salaraq gücsüzlüklərini etiraf edirlər: həm bunlar, həm o birilər çətin situasiyaya düşürlər. Tək özlərinin deyil, başqalarının da ağlından və təcrübəsindən, məsləhətlərindən yararlanan Xərçənglər isə bütün tələlərdən yan keçə biləcəklər.
Şir - Bəxtiniz bu gün ayaq üstədir. Hər bir işiniz alınacaq. Risk edə bilərsiniz, amma tədbirli olmağı unutmayın, qədəri də aşmayın. Etibarlı insanlara güvənin, belələri ətrafınızda çoxdur. Yaxşı qazanmaq, sərfəli sövdələşmə bağlamaq şansınız var.
Müsbət tendensiyaların ən güclü təsir sahəsi isə şəxsi həyatınızdır. Hər şey yaxşılığa doğru elə sürətlə dəyişir ki, təəccüblənməkdən usanırsınız. İstənilən görüş, etiraflar üçün əla gündür.
Qız - Uğurlu gündür. Qarşınızda yeni qapılar açılır. Heç şübhəniz olmasın, onların arxasında sizi sevinc və uğur gözləyir. Daxil olan təkliflər nə qədər riskli görünsə də, onları çəkinmədən qəbul edin. Sağlam düşüncə sizə arxa çevirməyəcək, səhv etməyəcəksiniz.
Qohumlarınızla, həmçinin uzaqdan gələnlərlə ünsiyyət xoş olacaq. Onlardan sevindirici xəbərlər alacaqsınız. Yeni romantik macəralar mümkündür. Siz istəmədən qırılan əlaqələr də yenilənə bilər.
Tərəzi - Parlaq və möhtəşəm gün sayılmaz. Başgicəlləndirici uğurların, qələbələrin heç kölgəsi də gözə dəymir. Bütün planlarınızın gerçəkləşməyəcəyi ilə barışmalı olacaqsınız. Alternativ yollar, ehtiyat ideyalarınız varmı?
Həmkarlarınızla münasibətləriniz ürəkaçan deyil, tez-tez birbaşa tabeliyində olduğunuz şəxslərlə, rəhbərliklə fikir ayrılıqları yaranır. Yaradıcı potensialınız aşağıdır, bu həm işdə, həm də şəxsi münasibətlərinizdə özünü göstərir. Bu gün darıxacaqsınız.
Əqrəb - Hər addımda bir problem çıxır. Yaxşı əhvalı qoruyub saxlamağa çalışırsınız, amma alınmır: emosiyalarınız çox təzadlıdır. Həm evdə, həm işdə münaqişələr yaranır: onların yaranma səbəbi nə qədər əhəmiyyətsizdirsə, o qədər çox mübahisə edirsiniz. Təmkinli olun.
Maliyyə durumunuz yaxşı deyil, xərcə düşə bilərsiniz. Bu gün nə aldığınıza diqqət edin. Doğrudanmı bu əşyalara ehtiyacınız var? Ev heyvanı və otaq bitkiləri almayın. Düşər-düşməzi olar.
Oxatan - Bu gün bədxahlarınız çox aktivdirlər. Autdasınız sanki: köməyə ehtiyacınız var, amma kimsə yardım etməyə tələsmir. Rəhbərliklə münaqişələr mümkündür. Bunlar o qədər güclü ola bilər ki, hətta iş yerinizi dəyişmək fikrinə düşə bilərsiniz.
Təəssüf ki, şəxsi həyatınızda da işlər yolunda getmir. Amma hələ ki, yaranan situasiyanı düzəltmək üçün bu yöndə köklü dəyişikliklər barədə fikirləşmirsiniz.
Oğlaq - Neytral gündür. Əgər işləmək, hansısa nəticə əldə etmək istəyirsinizsə, qollarınızı çirməyib işə girişin, yaxşı alınacaq. Amma könlünüz yoxdursa, əlinizi heç bir işə vurmayın, nəinki düşüncəsizlik etmiş olarsınız, eyni zamanda bu sizin üçün təhlükəyə çevrilər. İşə barmaqarası yanaşmağınıza görə sizi ciddi cəzalandıracaqlar.
Yaxınlarınızla fikir ayrılıqları mümkündür, amma münaqişədən qaça biləcəksiniz. Xoşagəlməz söhbətlər, ciddi izahatlar, «ağrılı» mövzularda müzakirələr bu gün qaçılmazdır. Yaxınlarınızdan heç nəyi gizlətməyin. Sevdiklərinizi, hətta onları qorumaq niyyətində olsanız belə, aldatmayın.
Dolça - Şücaətlərdən öncə nəfəs dərmək zamanıdır. Enerjiniz bir qədər azdır. Yeni bir yükün altına girmək həvəsiniz oyanınca bunu yadınıza salın. Risk edib özünüzü oda-közə vurmayın, öz işlərinizi görün, yetər.
Sağlamlığınızın və gözəlliyinizin qeydinə qalın. Sauna, hamam, masaj, spa-salonuna getmək çox faydalı olacaq. İnsanların çox olduğu yerlərə getmək məsləhət deyil. Oralarda özünüzü narahat hiss edəcəksiniz.
Balıqlar - Uğursuzluq hər yandadır - ətrafınızda, önünüzdə, arxanızda... Bu günü itkisiz başa vurmaq, dəhşətli səhvlər etməmək, kiminsə idarəçiliyi altına düşməmək üçün çox çalışmalı olacaqsınız. Günün ilk yarısında intuisiyanıza güvənə bilərsiniz. Axşam isə yalnız məntiqlə hərəkət edin.
Pullara, qiymətli əşyalara diqqət yetirin. İtkiləriniz ola bilər. Danışıqlarda mühüm məqamı əldən verə bilərsiniz. Odur ki, belə görüşlərə tək getməyin. Ümumiyyətlə, tələb olunan zaman kiminsə köməyindən istifadə etməkdən çəkinməyin. Bu, gücünüzü qorumağa kömək edər.
Milli.Az