Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün səhər 09.40 radələrində ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Zəlzələnin episentri Zaqatala rayonundan 17 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində baş verib.
Yeraltı təkanlar Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.
Tikililərdə dağıntı var.
İnsan itkisi yoxdur.
APA